“ Bir məktub yaz “ ..
Bir məktub yaz mənə ,
göndər oxuyum ,
Sözlərini qucaqlayım doyunca ..
Sən gülüş saç məktubunda hər sətir ,
Mən oxuyum ,
hey ağlayım doyunca ..
Bir məktub yaz ,
de “ yadımda qalmısan ,
Xatirimə gətirirəm ara’bir .. “
Deki “ məni düzgün anla , başa düş ,
Neyləyək’ki , qismətimiz belədir “..
Bir məktub yaz ,
ilk sözündə can olsun ,
Bircə dəfə can eşidim dilindən ..
Hə ..
bir’də ki ,
artıq cana doymuşam ,
Sən sevməyən bu canımın əlindən ..
Kamran Rzayev
Bakı / Mərdəkan
21 noyabr 2022
Hiç yorum yok:
Yorum Gönder